YENİLİKLƏR VƏ ELANLAR

new_1

Gömrüklə bağlı yeni QƏRAR

2020-09-25 15:23:32

YENİ QAYDALAR BARƏDƏ ƏTRAFLI MƏLUMAT

“Smart customs” tətbiqi nədir və necə istifadə etməliyəm?
Bildiyiniz kimi, xarici ölkələrdən onlayn sifarişləriniz üçün sadəcə daşıyıcı firmanın saytında bəyannamə yaratmaqla bağlamalarınızı əldə edə bilirdiniz. Lakin Nazirlər Kabinetinin 305 saylı qərarına edilmiş dəyişikliyə əsasən artıq xarici ölkələrdən almış olduğunuz hər bir məhsul üçün “Smart customs” tətbiqi vasitəsilə bəyannamə yaradacaqsınız. Həmin tətbiqi mobil telefon və ya kompüterə yükləyərək istifadə edə bilərsiniz. Tətbiqi yüklədikdən sonra asan loginlə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı və sifarişlərinizi şəxsi kabinetinizdən bəyan etməlisiniz. Bəyannamə yaratmadığınız müddətdə məhsulunuzun daşınması mümkün olmayacaq. 

Bəyannaməni nə zaman əlavə etməliyəm?
Sifarişləriniz Türkiyə və Amerika anbarımıza daxil olduqdan sonra Sizə Limak şəxsi kabinetinizdə “Bəyan gözləyən” bölməsindən məhsul barədə məlumat və tracking ID göndəriləcək. Hər bir bağlamanız üçün fərqli tracking ID veriləcək. Bundan sonra verilən tracking ID və məlumatlar əsasında “Smart customs” tətbiqində bəyannamə yaradacaqsınız. Yeni qaydalara əsasən xarici ölkələrdən onlayn sifariş etdiyiniz məhsullar üçün “Smart customs” tətbiqində bəyannamə yaratmaq vacibdir və bəyannaməsi olmayan bağlamaların daşınması həyata keçirilməyəcək. 

DİQQƏT! “XARİCİ ANBAR” STATUSUNDA BAĞLAMASI OLAN MÜŞTƏRİLƏRİMİZİN NƏZƏRİNƏ!
Yeni qaydalara əsasən hazırda saytımızda texniki yenilənmələr aparılır. Sabahdan etibarən xarici anbar statusunda olan bağlamalarınız üçün yuxarıda qeyd edilən şərtlərə əsasən “Smart customs” tətbiqində bəyannamə yaratmalısınız. Əks halda bağlamanızın daşınması mümkün olmayacaq.