Gizlilik şərtləri

Köməkçi bölmələr

about_back

Limak sürətli poçtdaşıma və kuryer şirkətidir

LİMAK VM MMC sürətli poçtdaşıma və kuryer şirkətidir. Şirkət Beynəlxalq Hava Nəqliyyatı Asossiasiyasının (İATA) akredditə olunmuş yük agentidir. (İATA Accredited Cargo Agent)

 

Limak VM MMC, həmçinin FİATA-nın (Beynəlxalq Yük Ekspeditorları Assosasiyaları Federasiyası  - International Federation of Freight Forwarders Associations) üzvüdür.  Dünyanın 150 ölkəsinin milli ekspeditor birliklərini birləşdirən bu  beynəlxalq təşkilat BMT-nin İqtisadi və Sosial Şurasında, Ticarət və İnkişaf üzrə Konfransında, BMT-nin Beynəlxalq Ticarət Hüquqları Komissiyasında məsləhətçi statusuna malikdir.

 

2019-cu ildə fəaliyyətə başlamış şirkətin Bakı və Azərbaycanın bütün bölgələrində lisenziyalı regional ofisləri fəaliyyət göstərir. LİMAK VM MMC 7/24 rejimdə fəaliyyət göstərən heyəti ilə bu günə qədər 50 mindən artıq istifadəçinin 300 mindən çox bağlamasını təhvil verib. Şirkətin peşəkar müştəri xidmətləri  *9595 çağrı mərkəzi və bütün sosial platformalardakı online xidmətləri ilə yüksək müştəri məmnuniyyətini təmin edir.

 

Şirkət Azərbaycan qanunvericiliyi ilə qadağan olunmamış hər növ yükün xarici ölkələrdən Azərbaycana və ölkə daxilində qapıya çatdırılması ilə məşğul olur. Eyni zamanda İATA akredditə olunmuş yük agenti olaraq, Azərbaycandan daşınması xüsusi sertifikat tələb edən yüklərin İATA qarantiyası altında daşınmasını təmin edir.

 

LİMAK VM MMC müştərilərinə “shopping agent”, anbar,  ünvanda təhvil vermə, kütləvi göndərişlərin və poçtdaşımalarının çatdırılması, havayolu karqo, radioaktiv və digər təhlükəli maddələrin, infeksion və qida maddələrinin daşınması xidmətlərini təklif edir.

 

“Shopping agent” xidməti

 

LİMAK VM MMC müştərilərinə “Shopping agent” xidmətini təklif edir. Bu xidmətdən istifadə edən istifadəçilər üçün xarici elektron ticarət platformalarından rahat və tam təminatlı alış-veriş edilir, bağlamaların Azərbaycanda seçilmiş anbara çatdırılması və ya ölkədaxili kuryer xidməti vasitəsilə ünvanda təslim edilməsi təmin edilir. 

“Shopping agent” xidmətindən istifadə edənlərə təhlükəsizlik qaydalarına tam əməl edilməsi, məlumatların qorunmasına təminat verilir. İstifadəçi özü də LİMAK VM MMC nin yaratdığı texnoloji yenilik imkanları ilə alış-veriş və bağlamanın təqib prosesini  izləmək imkanına malikdir.

 

Anbar xidməti

LİMAK VM MMC xarici elektron ticarət platformalarından alış-veriş edən şəxslərə bu ölkələrdə anbar xidməti göstərir. Hazırda şirkətin Türkiyə və Amerika Birləşmiş Ştatlarında belə anbarları fəaliyyət göstərir.

Şirkət Azərbaycan qanunvericiliyi ilə qadağan olunmayan istənilən növ yükün qəbulu, çeşidlənməsi, təkrar qablaşdırılması, göndərilməsi və çatdırılması xidmətini təklif edir. Şirkət bağlamaların tam təhlükəsiz, peşəkar qablaşdırma və çatdırlma qaydaları ilə təhvil verilməsinə zəmanət verir.  İstifadəçilərə bağlamaların təhlükəsizliklə yanaşı, həm də ən qısa müddət ərzində təhvil verilməsinə zəmanət verilir.

 

Ünvanda təhvil verilmə xidməti

 

LİMAK VM MMC  Azərbaycan qanunvericiyili ilə qadağan olunmamış yüklərin ölkə daxilində təhlükəsiz və sürətli çatdırılmasını təmin edir. Azərbaycanda lisenziyalı bölgə ofisləri fəaliyyət göstərən yeganə yükdaşıma şirləti olaraq, LİMAK VM MMC  müştərilərinə xarici ölkələrdən olan göndərişlərinin ölkənin istənilən bölgəsində ən qısa zamanda çatdırılmasını təmin edir.

LİMAK VM MMC müştərilərinə eyni zamanda xüsusi kuryer xidməti də təklif edir.  Ölkədaxili və ölkələrarası olaraq təklif edilən bu xidmətdən istifadə edənlərə xüsusi təhkim olunmuş peşəkar kuryerlər vasitəsilə bağlamaların birbaşa, tam təhlükəsiz və qısa zamanda çatdırılmasına zəmanət verilir.

Şirkətimiz, həmçinin, kütləvi poçt göndərişlərinin qısa müddətdə ölkənin bütün bölgələrinə çatdırılmasını təmin edir. Kütləvi göndərişləri olan korparativ müştərilər üçün xüsusi tariflər təqdim olunur.

 

Havayolu karqo xidməti

 

LİMAK VM MMC hava nəqliyyatı yükdaşımaları ilə məşğul olan şirkətlərin beynəlxalq standartlarını müyyən edən Beynəlxalq Hava Nəqliyyatı Asossiasiyasının (İATA) akredditə olunmuş yük agenti olaraq, dünyada Azərbaycan qanunvericiliyi ilə qadağan olunmayan hər növ və çəkidəki yükün hava yolu ilə dünyanın istənilən ölkəsinə göndərilməsini təmin edir.

Şirkətimiz dünya standartlarına uyğun daşımaçılıq həyata keçirmək təcrübəsinə malik peşəkar heyəti ilə bağlamaların Azərbaycanda istənilən ünvandan təhvil alaraq xaricdəki istənilən ünvana təhvil verilməsini təmin etmək əzmindədir.

Eyni zamanda İATA sertifikatlarına malik peşəkar heyətimiz radioaktiv və digər təhlükəli maddələrin, infeksion və qida maddələrinin daşınması xidmətlərini təklif edir. Beynəlxalq treninqlərdə iştirak etmiş əməkdaşlarımız xüsusi qablaşdırmanın və təcili daşınmanın təhlükəsiz şəkildə həyata keçirməsini təmin edirlər.